Newscenter.az.24.04.2021. Qazax rayonunda arı yerli sakinin ölümünə səbəb olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Cəfərli kəndində, "Bayram bulağı" deyilən ərazidə baş verib.
Belə ki, geyim qaydalarını pozan Qazax rayon sakini, 1965-ci il təvəllüdlü Tahir Qocayevi arı dilindən sancıb.
Halı pisləşən T. Qocayev xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, T.Qocayev həmin ərazidə arıcılıqla məşğul olub.
Faktla bağlı araşdırma aparılır.