Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyəyə təzyiq göstərməyə yönəlmiş siyasi akt



Newscenter.az.25.04.2021. Hamımıza məlumdur ki, dünyada etibarsız və xəyanətkar erməniləri müdafiə edənlər, daha doğrusu onların daşını başlarına döyənlər var.

ABŞ Prezidenti Co Bayden rəsmi açıqlamasında XX əsrin əvvəllərində Osmanlıda ermənilərin kütləvi ölümünü "soyqırım" adlandırıb.Hər birimizə məlumdur ki, 1915-ci ildə ermənilər Antanta tərəfindən müharibəyə cəlb edilmiş Türkiyəyə arxadan zərbə vururdular və buna görə də bir neçə yüz satqın erməni haqlı cəzalarına çatdırılmışdılar. Türkiyənin məhvinə, sərhədlərini düşmən ordularının üzünə açmaq niyyətində olan xain ermənilərin ailələri ölkənin ucqarlarına köçürüldülər.Co Bayden siyasətçi və dövlət adamı kimi bilməyə borcludur ki, 1915-ci ildə hətta onun ata-babasını da erməni saysaq yer kürəsində ermənilərin sayı 800 mini keçmirdi. Qalan iki milyon yeddi yüz mini görəsən senator Co Bayden haradan alıb? Yəqin Co Baydenin ulu babaları Avropadan silahlanıb okeanın o tayına hücum edərək yerli zənciləri amasızcasına qıraraq “demokratik” dövlət quranda qətlə yetirdikləri günahsız adamların statistikasını bu cür -Baydensayağı aparıblar.

Qondarma “soyqırımı” isə erməniləri himayə edən bolşevik Rusiyasının və bəzi antitürk dövlətlərin quraşdırması idi. Bu faktdır ki, həmin dövlətlər saxta soyqırımı məsələsini 1965-ci ildə qaldırdılar. Sual oluna bilər ki, belə bir faciə olmuşdusa onlar əlli il niyə susublar?
ABŞ Prezidenti Baydenin ermənipərəst mövqeyi beynəlxalq diplomatiyaya, xalqların birgəyaşayış, birlik, həmrəylik, multikulturalizm, dini dözümlülük, mədəniyyətlər və dinlərarası dialoq, qarşılıqlı əməkdaşlıq və birgə inkişaf dəyərlərinə qətiyyən uyğun olmayan nümayişkaranə “hücum” cəhdləri hər kəs tərəfindən görünən, bilinən həqiqətdir. qondarma "soyqırım" ifadəsi işlətməklə nümayiş etdirdiyi siyasi, tarixi, hüquqi savadsızlığı, beynəlxalq hüququ gözardı etməsi və erməni lobbisinin əlində oyuncağa çevrilməsi dünyada söz sahibi olan dövlətlərdən biri kimi ABŞ üçün utanc nümunəsi yaradaraq dövlətin nüfuzuna, beynəlxalq imicinə ciddi zərbələr vurur.....
Aprelin 24-də səslənən ifadə birmənalı olaraq Türkiyəyə təzyiq göstərməyə yönəlmiş siyasi aktdır....

PS.
Bu, dünyada “erməni xəstəliyi” deyilən ən nadir xəstəliyin simptomlarıdır və o, Co Bayden kimi adamlarda özünü büruzə verir.

Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xəbəri paylaş