Newscenter.az.25.04.2021. Aprelin 25-də gün ərzində Xətai rayonunun Süleyman Əhmədov, Mingəçevir küçələrinə, Kazımaga Kərimov və Aşıq Qurban küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Newscenter.az "Azərsu" ASC-yə istinadən xəbər verir ki, buna səbəb içməli suyun verilməsində məhdudiyyətlər magistral su xəttində baş vermiş qəza ilə əlaqədardır.
Səhmdar Cəmiyyət yaranmış narahatçılığa görə, vətəndaşlardan üzr istəyir.
Sevinc