Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq daşımalarda iştirak edən yerli şirkətlərlə görüş keçirilib



Newscenter.az.26.04.2021. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev iqtisadiyyat naziri Mikayıl Cabbarovla birlikdə avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq daşımalarda iştirak edən yerli şirkətlərlə görüş keçirib.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən nazir Rəşad Nəbiyev qeyd edib ki, görüşdə bazar iştirakçıları üçün vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilməsi vacib olan təkliflər dinlənilib.

"Vəzifəmiz Azərbaycanda rəqabətqabiliyyətli, innovativ, həmçinin ekoloji cəhətdən təmiz nəqliyyat və logistika sisteminin yaradılması üçün lazımi mühitin formalaşdırılmasıdır. Strategiya, investisiya və insan kapitalını bir araya gətirməyi bacarsaq, ölkəmizin coğrafi mövqeyinin bizə verdiyi böyük potensialı reallaşdıra bilərik".

Mehman
Xəbəri paylaş