Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəbrayıl Rayon İcra Hakimiyyəti Vətən müharibəsi qazisini ələ saldı-FOTO



Newscenter.az.26.04.2021. Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən 44 günlük Vətən müharibəsinin qazisi Novruz Novruzova qarşı sayğısızlıq nümayiş etdirilib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı qazimiz özü facebook sosial şəbəkəsində paylaşıb. Belə ki, sözügedən rayonun Böyük Mərcanlı kəndindən olan qazi Novruz Novruzov İcra Hakimiyyətinin rəsmi facebbok səhifəsinə müraciət edərək 44 günlük Vətən müharibəsində bir ayağını itirdiyini, sosial problemlərdən əziyyət çəkdiyini və ailə vəziyyətinin ağır olduğunu bu qurumun diqqətinə çatdırıb və İcra Hakimiyyətində müvafiq işlə təmin olunmasını xahiş edib. Cəbrayıl Rayon İcra Hakimiyyətinin isə qazimizə cavabı təəssüf doğurub və İH Novruz Novruzovun müraciətinə gülüş işarəsi qoymaqla kifayətlənib. Bununla da Cəbrayıl Rayon İcra Hakimiyyəti Qarabağ qazisini ələ salmış olub.
[/center
Bütün bunlar azmış kimi qazi Novruz Novruzovun atasının bir neçı dəfə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovla görüşmək cəhdinə də qarşı tərəf sayğısız münasibət bəsləyib. Belə ki, qazi atası dəfələrlə İcra Hakimiyyətinə getsə də, hər dəfə müxtəlif bəhanələrlə görüş baş tutmayıb.
[center]

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də Vətən müharibəsinin qazisi Novruz Novruzova qarşı ədalətsiz davranıb. Belə ki, 44 günlük Vətən müharibəsində bir ayağını itirən Novruz Novruzova nazirlik tərəfindən 3-cü qrup əlillik dərəcəsi müəyyən edilib.

P.S.Yazıda adları qeyd edilən qurumların da mövqeyini dərc etməyə hazırıq.

NEWSCENYTER.AZ

Xəbəri paylaş