Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şabranda oğurluq edən iki şəxs saxlanılıb



Newscenter.az.26.04.2021. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən məişət əşyaları və avadanlıqları oğurlamaqda şübhəli bilinən iki nəfər şəxs saxlanılıb.

Araşdırmalarla onların Şabran rayon sakini Sənan Məstanov və onun tanışı olan bir yeniyetmənin olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Oğurlanan əşya və avadanlıqların bir qismi maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.

Faktla bağlı Şabran RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin analoji hadisələrdə iştirak edib-etməmələri araşdırılır.

Mehman
Xəbəri paylaş