Newscenter.az.26.04.2021. Rusiyada işəgötürənlər işədüzəlmə zamanı ali təhsilin vacibliyini qiymətləndirmişlər. Məlum olmuşdur ki, yalnız 27,9% işəgötürən namizədin diplomunda göstərilən ixtisasla elan edilmiş vakansiyanın tələbləri arasında uyğunluğa baxır. 56,8% şirkət rəhbəri namizədin iş təcrübəsinə diqqət yetirir. 15,2% işəgötürən isə namizədin diplomunun olması vacibliyini qeyd etmişdir.
RBK tərəfindən Rusiyanın 78 regionunda 1632 işəgötürən arasında təşkil edilmiş sorğuda iştirak edənlərin 74,5%-i ali təhsil haqda diplomun formal tələblərin siyahısına daxil edildiyini bildirmişlər. Lakin cəmi 41,8% işəgötürən namizədin ali təhsilə dair diplomu olmadığına görə ona imtina vermişlər.
İş adamları həmçinin ali təhsilə malik olmaq tələbi mütləq olan ixtisasları sadalamışlar: həkim, veterinar, müəllim, mühəndis, İT mütəxəssisi. Eyni zamanda, işəgötürənlər əmək bazarında texniki işçi profillərində mütəxəssislərin çatışmamazlıqlarından şikayət etmişlər ki, bura da əsasən usta, kiçik tibb personalı və ibtidai sinif müəllimi ixtisasları daxil edilmişdir.
Ümumiyyətlə, Rusiyada əhalinin cəmi 40%-i öz ixtisası üzrə çalışır. İşləyən əhalinin 22%-i ixtisasa yaxın, qarışıq sahələrdə, 38% əhali isə tam fərqli profillərdə çalışır.
Elnur Nəsibov-təhsil nazirinin müşaviri