Newscenter.az.26.04.2021. Aprelin 26-da Türkiyə Böyük Millət Məclisində “Ermənistanın müharibə cinayətləri” mövzusunda xüsusi proqram olacaq.
Newscenter.az xəbər verir ki, proqrama “İkinci Qarabağ müharibəsi və Ermənistanın müharibə cinayətləri” mövzusunda panel, “Müharibə cinayətləri” şüarı altında fotosərgi daxildir.
Proqram təşkili 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə qarşı həyata keçirilən haqsız ittiham və iddialara qarşı ermənilərin Qarabağ müharibəsində törətdiyi savaş cinayətlərinin və s. dünyaya çatdırılması yolunda mühüm əhəmiyyətli cavab məqsədi daşıyır.