Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir bəyanat, bir neçə hədəf və bumeranq effekti



Newscenter.az.27.04.2021. Baydenin bu addımı həm də erməni ictimai rəyində anti-Rusiya meyillərini artırmağa hesablanıb. Bu, həm Birləşmiş Ştatların “ermənilərin yanında olduğu” görüntüsü yaratmaq, həm də Ermənistanın acınacaqlı məğlubiyyətinin səbəbkarı kimi Kremli göstərmək hədəfinə xidmət edir.

Fakt budur ki, regional təcrid vəziyyətində olan Ermənistan bölgədə hər hansı bir önəm daşımır və geostrateji reallıqlara təsir etmək imkanlarına sahib deyil. Sadəcə, Vaşinqton regionda Rusiyaya təzyiq göstərmək üçün yeni metodlardan istifadə etməyə çalışır, o cümlədən qeyd etdiyimiz kimi, erməni ictimai rəyinə hesablanmış gedişlər edir. Burada məqsəd həm də məğlub ölkədəki qərbpərəst qüvvələrin siyasi manevr imkanlarını genişləndirmək və onları seçkilərdə avantajlı hala gətirməkdir.

Baydenin məlum bəyanatının siyasi tərcüməsi həm də onu deməyə əsas verir ki, Vaşinqton Cənubi Qafqaza yeni geostrateji müdaxilə etməyə çalışır. Görünən odur ki, bu bölgədə yeni çoxtərəfli əməkdaşlıq platformasının yaradılması, sülh və təhlükəsizlik şəraitində regional inkişafın təmin olunması Ağ Evi öz məhdud və birtərəfli maraqlarına görə məmnun etmir. Ona görə də həm Türkiyəyə, həm Rusiyaya təzyiq göstərməklə, həm də erməni amilindən istifadə etməklə prosesə müəyyən qədər mane olmağa çalışır. Amma bu, praqmatik yanaşma deyil və ABŞ-ın öz maraqları üçün də yaxşı perspektiv vəd etmir.

Nəzərə alınmalıdır ki, regional proseslər məhz bölgə aktorlarının geosiyasi iradəsi əsasında tənzimlənir və Vaşinqtonun hazırda proseslərin gedişinə həlledici təsir etmək imkanları yoxdur.

Nurlan QƏLƏNDƏRLİ
POLİTOLOQ
Xəbəri paylaş