Newscenter.az.27.04.2021. Mingəçevirdə şirkətdə oğurluq hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-dən 26-dək olan müddətdə şəhərdə yerləşən “Azərkabel” ASC-nin ərazisindən 2 400 kiloqram mis naqil oğurlamaqda şübhəli bilinən şəhər sakini O.Əhmədbəyli saxlanılıb.