Newscenter.az.27.04.2021. Bu gün Rusiya Azərbaycanlıları İttifaqının iki illiyi tamam olur.
Newscenter.az Rusiya Azərbaycanlıları İttifaqının Koordinasiya Şurasına istinadən xəbər verir ki, 27 aprel 2019-cu il tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində «Prezident Hotel»də Azərbaycanlıların Birinci Moskva Forumu keçirilib və forum çərçivəsində Rusiya Azərbaycanlıları İttifaqının təsis konfransı baş tutub. Konfransda tanınmış iş adamı, xeyriyyəçi və diaspora xadimi Füzuli Məmmədov Rusiya Azərbaycanlıları İttifaqının prezidenti seçilib.
Keçən dövr ərzində Rusiya Azərbaycanlıları İttifaqı diaspora fəaliyyəti və Rusiyada yaşayan soydaşlarımızın problemlərinin həlli istiqamətində uğurlu və yaddaqalan fəaliyyət göstərib.
Rusiya Azərbaycanlıları İttifaqının prezidenti tanınmış iş adamı Füzuli Məmmədovun təşəbbüsü ilə pandemiya dövründə yaranmış çətin şəraitlə əlaqədar Rusiyanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımızın problemləri həll edilmiş, onlara müxtəlif yardımlar göstərilib.
Hazırda Rusiya Azərbaycanlıları İttifaqının Rusiya Federasiyasının 65-dən çox regionunda təmsilçilyi fəaliyyət göstərir. İttifaq uğurlu fəaliyyəti ilə qısa dövr ərzində məşhurlaşdı və nüfuzlu diaspora təşkilatına çevrildi. Pandemiya şəraiti ilə əlaqədar ittifaqın tərkibinə daixil olmaq istəyən yeni regional təmsilçilərin qeydiyyatı məsələsi yaxın vaxtlarda öz həllini tapacaqdır.
Rusiya Azərbaycanlıları İttifaqının yaranması münasibəti ilə ittifaqın bütün regional təmsilçilərini və üzvlərini təbrik edirik, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirik.
NEWSCENTER.AZ