Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad edilən ərazilərdə 2 dövlət təbiət qoruğu və 4 yasaqlıq var



Newscenter.az.28.04.2021. İşğaldan azad edilən ərazilərdə olan dövlət təbiət qoruğu və dövlət təbiət yasaqlığının sayı açıqlanıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi media tur zamanı jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda mühafizə olunan ümumilikdə 10 milli park, 10 təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var.

Nazir müavini deyib ki, işğaldan azad edilən ərazilərdə iki dövlət təbiət qoruğu - Qaragöl və Bəsitçay dövlət təbiət qoruğu var:

"Həmçinin işğaldan azad edilən ərazilərdə 4 dövlət təbiət yasaqlığımız - Laçın, Daşaltı, Arazboyu və Qubadlı yasaqlığı var. Bunların ümumi sahəsi 43 min hektardır.

Laçın və Qubadlı ərazisindəki yasaqlıqlar ən böyükləridir. Onların ərazisinin hər biri 20 min hektardır. Arazboyu dövlət təbiət yasaqlığı 2200 hektar, Daşaltı dövlət təbiət yasaqlığı 450 hektardır. Bəsitçay dövlət təbiət yasaqlığı 107 hektar, Qaragöl dövlət təbiət qoruğu isə 240 hektar əraziyə malikdir".
Xəbəri paylaş