Newscenter.az.28.04.2021. Göründüyü kimi COVID-19 pandemiyası ilə mübarizədə dövlətin bütün potensialı səfərbər olunub. Çünki COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoyub. Azərbaycan hökuməti də bu çağırışlara adekvar reaksiya verərək ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atıb. Milli Məclisin deputatı Eldəniz Səlimov deyib ki, Cənab Prezidentin tapşırıqları əsasında öngörülən təhlükələrin qarşısı alınıb:
"Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilib. Hazırda Azərbaycanda əhalinin vaksinasiyası davamlı şəkildə təşkil olunur. Azərbaycanda vaksinasiya yanvar ayından etibarən başlanıb. Bu günədək 1,4 milyon vaksin istifadə olunub ki, bu da əhalinin 14 faizini təşkil edir. Biz vaksinasiya proqramına başlamış ilk dövlətlər sırasındayıq".
Deputat onu da diqqətə çatdırıb ki, dövlət başçısının dediyi kimi "vaksin millətçiliyi", vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir:
"Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirib. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir. Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib".
Eldəniz Səlimov deyib ki, bütün bu çətinliklərlə bərabər Azərbaycan öz haqlı savaşını da sürdürdü:
"Azərbaycan xalqı tarixi ədaləti özü bərpa etdi. Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Biz nə qədərdə sülhün tərəfdarı olsaqda, bu məsələni hərbi yolla həll etməkdən başqa çarəmiz qalmamışdı. Çünki, bu günə qədər BMT-nin qətnamələrinə əməl edilməmişdir. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir. Azərbaycan ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edir. Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin dəfələrlə şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Biz daim bu haqsızlıqlarla mübarizə aparmışıq. Nə qədər təzyiqlərədə məruz qalsaq, öz ərazi bütövlüyümüzü bərpa etməyə nail olduq. Bununlada Ermənistanın işğalçı siyasətinə son qoyuldu. Ötən il Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoymuşdur. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınmışdır".
Millət vəkili deyib ki, Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirib:
"Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınmışdır. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır. Artıq bundan sonra qarşılıqlı əlaqələrlə sülhü təmin etmək gərəkdir. Çox təəsüflər olsun ki, Ermənistan tərəfi bütün bu müddət ərzində bizimlə vicdanla, ləyaqətlə mübarizə aparmamışdır. İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilmişdir. Bizim məsçidlərimizdə donuz saxlanılmış, tarixi abidələrimiz məhv edilmişdir. Xarici mütəxəssislər Ağdam şəhərini "Qafqazın Hirosiması" adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılmışdır. Məscidlər inək və donuzların saxlanılması yerlərinə çevrilmişdir. Lakin yenədə biz bütün bunlara baxmayaraq düşmənə layiqli cavab verdik. Onların ordusunu darmadağın edərək, məhv etdik. Artıq işğaldan azad olunmuş torpaqlarımızla ərazi bütövlüyümüzü bərpa etməyə nail olduq. Azərbaycan günü gündən inkişafa getməkdədir". Deputat qeyd edib ki, Prezidentin deidyi kimi Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır. Dövlət başçısı haqlı olaraq bildirir: "Müəyyən olunmuş milli prioritetlər ölkənin dayanaqlı inkişafını təmin edəcəkdir. Növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı müəyyən olunmuş milli prioritetlərə rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və "yaşıl artım" da daxildir. Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq "Zəngəzur nəqliyyat dəhlizi" üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. İşğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə müasir layihələr icra olunacaq və irimiqyaslı yenidənqurma işləri aparılacaqdır. Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji" konsepsiyalarından istifadə olunacaq. Mən əminəm ki, Qarabağ Azərbaycanın ən gözəl bölgəsi olacaqdır. İnşallah Qarabağ dünyaya işıq saçacaqdır. Yaşasən cənab Ali Baş Komandan! Yaşasın Azərbaycan!".
NEWSCENTER.AZ