Newscenter.az.28.04.2021. İşğal dövrünədək Xocavənd rayonunda meşə fondunun ümumi sahəsi 22 428 hektar təşkil edib və bunun 20 403 hektarı meşə ilə örtülü olub.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi media tur zamanı jurnalistlərə açıqlamasında bildirib.
O söyləyib ki, peyk təsvirlərinə əsasən işğal dövründə 3537,4 hektar meşə sahəsinin məhv edildiyi müəyyən edilib.
V.Kərimov deyib ki, işğala qədərki dövürdə rayon ərazisində təbiət abidəsi statusuna malik 12 ədəd qədim ağac (7 ədəd şərq çinarı, 5 ədəd azatağacı), 2 ədəd geoloji və paleontoloji abidə (Azıx və Tağlar mağaraları və xüsusi qiymətli Azatağacı meşə sahəsi olub:
"Hadrut qəsəbəsinin 15 kilometrliyində yerləşən Azıx geoloji paleontoloji abidəsi 1960-cı ildə kəşf edilib və 1982-ci ildə təbiət abidəsi kimi qeydə alınıb".