Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU “Davam” Gənclər Hərəkatı ilə əməkdaşlığa başlayır



Newscenter.az.29.04.2021. Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı və İdarə heyətinin üzvü, təhsil müəssisələri ilə iş üzrə katib Sabir Rüstəmovla görüşüb.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, rektor qonaqlara universitetdə aparılan islahatlar haqqında ətraflı məlumat verib. Bildirib ki, əsas hədəflərdən biri tədrisin keyfiyyətinin yüksəldilməsi və universitetin biznes modelinin yaradılmasıdır. Tələbələrin gələcəkdə uğurlu karyeraya sahib olmaları istiqamətində AzTU-nun “Davam” Gənclər Hərəkatı ilə əməkdaşlıqda maraqlı olduğu qeyd olunub.

“Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı hərəkatla AzTU-nun əməkdaşlıq istiqamətləri, eyni zamanda birgə fəaliyyət nəticəsində tələbələrlə bağlı uğurlu işlərin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirib.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

R.Mehdiyeva
Xəbəri paylaş