Newscenter.az.29.04.2021. 44 günlük Vətən müharibəsinin qazandırdığı elimizi, obamızı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan tez -tez öz ailəsi ilə ziyarət edir, hər qarışını addım -addım gəzib diqqətdə saxlayır.
Bu günlərdə də həmin günlərdən biri yaşandı. Əziz, möhtərəm Prezidentimiz 26 aprel 2021 ci ildə "Ağıllı"kənd layihəsinin açılışını etmək üçün Zəngilana səfər etdi. Ənənəvi olaraq avtomobili özü idarə edən dövlət başçısı yol boyu təbiətin gözəlliyini sevinclə seyr edərək mənfur düşmənlərin torpaqlarımızda törətdikləri vəhşilikləri zamanla aradan qaldıracağına və xarabalığa çevrilən yurdların yenidən bərpasına,vdaha gözəl,vdaha ağıllı infrastrukturun yaradəcılığına söz verdi.
Qarabağ torpaqıarının yenidən canlanması üçün bütün qüvvələri səfərbər edən cənab Prezidentimiz özüvdə canidildən bu işdə iştirak edir.
İlk ağılı kənd lahiyəsinin təməli Zəngilan rayonunun Ağalı kəndində qoyuldu. 28 ildir öz dədə-baba torpaqlarından ayrı düşmüş kənd sakinləri də açılışda iştirak etdi. Onların üzlərindəki xoşbəxtlik görüntüsünü sözlərlə ifadə etmək mümkün deyildi. Bu xoşbəxtliyi onlara yaşadan Prezidentimiz İlham Əliyevi təkrar gəlişdə evinə dəvət edən kənd sakini, səmimiyyəti ilə insanın gözlərini yaşartdı.
Zəngilan məscidinin bərpası üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə əlaqədar aparılan işlərə nəzarət etmək və təməl qoymaq məqsədi ilə Prezidentimiz İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla xanım Əliyeva qədim məscidi dağılmış olsa da həm ziyarət edib, həm də təməlinə daş qoyub suvaq çəkdilər.
Atalardan belə bir məsəl var "Tikdim ki,izim qala, tikmədim özüm qalam". Möhtərəm Prezidentimizin atdiğı bu addımlar da eyni kəlamı əks etdirir. Hər kənddə, hər qəsəbədə öz dəsti xəttini, öz izini yadigar qoyur. Bu isə ancaq xalqını sevən, dəyərli oğulun işi, əməli ola bilər.
Atadan oğula keçən bu bacarıq və xarakter Azərbaycan üçün bir nemətdir. Bu nemətin dəyərini bilmək isə biz vətəndaşların borcudur.
QARABAĞ BİZİMDİR, QARABAĞ AZƏRBAYCANDIR.!!!
Starə Hacıyeva
Gəncə İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin sədri