Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"UNESCO Dünya Mirası Şəki və Bergama qardaş Şəhər Projesi" nümunəsi adlı onlayn konfrans keçirilib



Newscenter.az.29.04.2021. Azərbaycan və qardaş Türkiyə dövlətlərinin nümayəndələrinin iştirakı ilə Qafqazdan Egeyə: tarix, ticarət, mədəniyyət və turizm münasibətləri "UNESCO Dünya Mirası Şəki və Bergama qardaş Şəhər Projesi" nümunəsi adlı onlayn konfrans təşkil olunub.

Newscenter.az xəbər verir ki, təşkilatçı və moderator Ümidə Kəngərli görüş haqqında geniş melumat verərək tədbiri açıq elan etdi. Görüşdə deputat Vüqar İskəndərov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Bergama Bələdiyə Başkanı Hakan Koştu, Bergama Bələdiyəsi Spor İşləri Müdiri Muhammed Şahin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bergama Bələdiyəsi Kültür Müdiri Yıldıray Kanat, Bergama Belediyesi UNESCO Birimi Eren Güneş və fəal gənclər iştirak edib.

Tədbirdə çıxış edən hər iki dövlətin nümayəndələri qeyd ediblər ki, tarixi dostluq, qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal edilmiş torpaqlarımızın düşməndən azad edilməyə başlandığı ilk gündən etibarən qardaş Türkiyə Cümhuriyyəti ölkəmizə və xalqımıza hər cür siyasi və mənəvi dəstək göstərməkdə davam edir.

NEWSCENTER.AZ
Xəbəri paylaş