Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“YAŞAT”: Vətən müharibəsi iştirakçıları və ailə üzvlərinin 3 milyon manatdan çox borcu ödənilib



Newscenter.az.29.04.2021. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitdən indiyədək hansı istiqamətlər üzrə xərcləndiyi məlum olub.

Newscenter.az xəbər verir ki, vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf edilib.

Belə ki, öhdəliyə götürülən 5 921 şəxsdən 4 866 nəfərinə dəstək göstərilib və bu istiqamətdə 19 997 060,65 manat xərclənib.

Fonda toplanan vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması üçün 14 425 987,50, borc öhdəliklərinin qarşılanması üçün 3 177 147,69, tibbi xərclərin ödənilməsi üçün 2 493 499,66 təhsil xərclərinin ödənilməsi üçün 52 505,54 manat xərclənib.

Evin təmiri üçün 9 534 675,50, bank borcları üçün 3 065 040,75, müalicə xərcinin qarşılanması üçün 2 147 420,45, qeyri-bank borcları üçün 112 106,94, təhsil haqqının ödənilməsi üçün 50 504,54, istilik sisteminin quraşdırılması üçün 8 008 manat və digər məsələlərlə bağlı vəsait sərf olunub.

Qeyd edək ki, indiyədək fondda 36 239 671,42 manat toplanıb. Həmin vəsaitin 19 997 060,65 manatı xərclənib. Vəsaitin qalığı isə 16 242 610,77 manatdır.
Xəbəri paylaş