Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın Qarabağda aşkarlanan itkin erməni hərbçilərin sayı 1 552 nəfərə çatdı



Newscenter.az.1.05.2021. Bu gün Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş daha bir hərbi qulluqçusunun meyiti Azərbaycan tərəfindən bu ölkəyə təhvil verilib.

“Report”un məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Bununla da 2020-ci ilin 13 noyabrından Qarabağda aşkarlanan itkin erməni hərbi qulluqçuların sayı 1 552 nəfərə çatıb.
Xəbəri paylaş