Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər bir dövlət məmurunun sadə vətəndaşa hörmətlə yanaşması vacibdir



Newscenter.az.1.05.2021. "Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir, qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır".
Heydər Əliyev

Əlbəttə, bu çox geniş mövzudur.Yaşından, vəzifəsindən, ictimai durumundan, maddi vəziyyətindən asılı olmayaraq hər bir dövlət məmurunun sadə vətəndaşa hörmətlə yanaşması və problemini dinləyərək həllinə calışması çox vacibdir.Dövlətinə, ölkə rəhbərinin əmanət etdiyi vəzifəyə hörmətin birinci yolu vətəndaşa bəslənən münasibətdən, yanaşma xüsusiyyətlərindən, daxildən gələn nəzakətdən və rəftardan asılıdır.Allah-təala hamını eyni hüquqda yaradıb. Ədalətin ölçüsü eyni cür doğulan insanın bu dünyadan gedişində də fərq olmamasıdır. Kasıbın qazancı, varlının varidatı da elə bu dünyada qalır. Əbədi olan yaxşı ad, yaşayan xeyirxah əməl və mənəvi sərvətlərdir...

Ailədən gələn, məktəbdə yetişən, cəmiyyətdə formalaşan bu dəyərlər tək vəzifə daşıyan şəxsin yox siravi insanın həyat yolunu istiqamətləndirməkdə, mənəvi zənginliklərini qoruyub saxlamaqda mühüm amildir. Bütün canlıların alisi sayılan insanın qarşısında duran ən mühum vəzifələrdən biri ali mədəniyyət sərgiləməsidir.. Xüsusilə də ətrafdakılarla münasibətdə tarazlıq pozulmamaq şərti ilə.....

“Görülən işlər hamısı insanlar üçündür. İnsana hörmət göstərilmirsə, o görülən işin əhəmiyyəti yoxdur. Azərbaycan vətəndaşlarına, hər bir insana hörmətlə yanaşılmalıdır, onun problemləri dinlənilməlidir, onlara qulaq asılmalıdır, onlarla görüşlər keçirilməlidir və problemlər həll olunmalıdır. Kimliyindən asılı olmayaraq, hər kəs millətə, xalqa, dövlətə xidmət etməlidir”.
Heydər Əliyev

Bu gün Heydər Əliyev kursunun layiqli davamcısının saysız-hesabsız görüşləri, insanları səbirlə dinləməsi, onların hər bir məsləhətlərini, arzu və təkliflərini nəzərə alması Prezidentin həqiqətən hər bir azərbaycanlının sevimli rəhbəri olmasından xəbər verir.Elə isə hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir dövlət qulluqçusunun müqəddəs borcudur......

Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xəbəri paylaş