Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sağlam qidalanma ilə bağlı elmi vebseminar keçirəcək



Newscenter.az.2.05.2021. Qərbi Kaspi Universiteti Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi və Gənclərin Töhfəsi İctimai Birliyi ilə “Sağlam qidalanma, qida təhlükəsizliyi və qida məhsullarının texnologiyası" mövzusunda elmi vebseminar keçirəcək.

Newscenter.az sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovaya istinadən xəbər verir ki, tədbir mayin 8-də, saat 14:00-da Qərbi Kaspi Universitetində Microsoft Teams platforması üzərindən onlayn formada baş tutacaq.

Vebseminarda Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri, sağlam qida təbliğatçısı Asim Vəliyev və qida texnoloqu Ağa Salamov məruzə ilə iştirak edəcəklər.

Müəllimlər, doktorantlar, magistrlar, tələbələr və həmçinin mövzu ilə maraqlanlar seminarda iştirak edə bilərlər. Təlimdə iştirak edənlərə online sertifikatlar göndəriləcək.

NEWSCENTER.AZ
Xəbəri paylaş