Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdaşda kənd sakinləri arasında insdent yaşanıb, xəsarət alan var



Newscenter.az.5.05.2021. Ağdaş rayonunda sakinlər arasında insident baş verib.

Bu barədə "Report"a vəkil Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, hadisə Pirkəkə kəndində qeydə alınıb.

Vəkil deyib ki, davaya səbəb kənd bələdiyyəsinə məxsus örüş sahələrində heyvanların otarılması olub. Nəticədə bir neçə şəxs yaralanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti "Report"a faktı təsdiqləyib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəbəri paylaş