Newscenter.az.6.05.2021. Türkiyənin Bingöl əyalətində zəlzələ qeydə alınıb.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Karlıova rayonunda yerli vaxtla saat 00:27-də 3,6 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 10,3 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat qeydə alınmayıb.