Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada qaydaları pozan sürücülər cərimə olundu



Newscenter.az.7.05.2021. Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Newscenter.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin tədbirlər planına uyğun olaraq rayonda yol polisinin keçirdiyi tədbirlər zamanı piyada səkilərini və avtobus dayanacaqlarını zəbt edən, eləcə də müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan sürücülərlə profilaktik söhbətlər aparılıb, sürücülərə parklanma qaydalarına ciddi riayət etmələri barədə məlumatlar verilib.

Edilən xəbərdarlıqlara baxmayaraq qaydaları yenidən pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.

Mehman
Xəbəri paylaş