Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz Şuşanı qəhrəman oğullarımızın və müzəffər Ali baş komandamızın sayəsində azad etdik



Newscenter.az.8.05.2021. Hər il 8 mayı Şuşanın işğal, 9 mayı isə Qələbə günü kimi qeyd edirdik. Bu cür təsadüf hər bir azərbaycanlıya toxunurdu. Artıq 8 may tarixinin misgili yoxdur, Şuşa azaddır, Şuşa artıq öz sahibindədir. Bunu 44 gün ərzində müzəffər ordumuzun və ali baş komandamızın sayəsində qazandıq. Şuşa 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. O vaxtdan bəri bu işğal ermənilər üçün "böyük qələbə", azərbaycanlılar üçün "ən ağır itki" sayılıb.

Azərbaycan xalqı Şuşanı özünə milli simvol seçib və bura Azərbaycanda mədəniyyətin əsas beşiyi hesab edilir və Şuşanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı, cənab prezident sərəncam imzaladı. Ramazan bayramından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident Ilham Əliyevlə birgə Şuşaya səfəri olacaq. Bu bir daha möhkəm dostluq və qardaşlığımızın göstəricisidir.

Təbriz Abdullazadə ADAU TGT fakültə üzrə sədr müavini, AMAL-ın Lerik üzrə səfiri.
Xəbəri paylaş