Newscenter.az.8.05.2021. "Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərində sərhədlərin delimitasiya və demarkasiya prosesinə toxunması, ardınca Azərbaycan tərəfindən verilən açıqlamada bu istiqamətdə işlərin getdiyinin vurğulanması onu göstərir ki, Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq. Sergey Lavrovun Bakı səfərində də bu konkteksdə danışıqlar gedəcək".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Ermənistan ərazisində anklav kəndlərin geri qaytarılması istiqamətində danışıqlar yubadılmamalıdır:
"Necə ki, Azərbaycan maneəsiz Şurnuxa daxil oldu və kəndin ərazimizə düşən hissəsini nəzarətə aldı. Bu, Qazax istiqamətində də olmalıdır. Həmçinin Naxçıvan MR Kərki kəndində də həyata keçirilməlidir. Bu, kəndlər danışıqlar predmeti ola bilməz".
Politoloq deyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfərində anklav kəndlərin qaytarılması müzakirə ediləcək:
"Ermənistan tərəfi bu kəndlərin geri qaytarılmasını ləngidir. Kəlbəcərə kimi demarkasiya başa çatıb. Ermənistanın işğalında olan bir neçə sərhəd kəndinin boşaldılması ilə iki ölkə arasında münaqişəyə bununla son veriləcək. Hazırda Ermənistan Azərbaycan ərazisində münaqişə başa çatmayıb və anklav ərazilər mübahisə predmeti deyil. Ümumiyyətlə S. Lavrovun Azərbyacana səfərində erməni diveransatların qaytarılması ilə yanaşı Hadrut və bir neçə yaşayış yerinə erməni köçkünlərin qaytarılması, Azərbaycanın KTMT və Avrasiya İttifaqına qəbulu, Minsk qrupu çərçivəsində danışıqların bərpası məsələləri müzakirə edilə bilər. S. Lvrovun Bakı səfərindən sonra bir neçə diversantın azad olunması real görünür".
Mehman