Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllıda vətəndaş qəbulları davam etdirilir



Newscenter.az.8.05.2021. Mövcud pandemiya qaydalarına əməl edilərək vətəndaşların RİH başçısı aparatında icra başçısı tərəfindən növbəti dəfə qəbulu təşkil edilib.

Newscenter.az-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, qəbul zamanı sakinlər rayon rəhbərinə müraciətlərini bildirib. Vətəndaşlara müraciətləri ilə bağlı qanunauyğun izahatlar verilib. Qəbul zamanı icra başçısı vətəndaşların mövcud problemlərini dinləyib, həlli istiqamətində aidiyyəti şəxslərə tapşırıqlar verib.

Vətəndaş qəbulu artıq gündəlik olaraq təşkil olunur. Bu qəbularda birinci və ikinci Qarabağ müharibəsi zamanı, eləcə də atəşkəs dövründə əlil, qazi və şəhid olmuş şəxslərin ailə üzvləri də iştirak edir. Rayon rəhbəri şəhid ailələrinin, qazilərin və hər iki müharibə iştirakçılarının problemləri ilə mütəmadi olaraq maraqlanır, onların müraciətlərinə xüsusi diqqətlə yanaşır.

Anar

Xəbəri paylaş