Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nuran Abdullayev: " Almaniyaya gələndən 3-4 saat yuxu yatıram"



Newscenter.az.8.05.2021. Almaniyada məqsədlərimə aparan yol məni tibb üzrə dövlət imtahanını götürmək üçün önəmli təlimdən keçirəsi oldu. Bu dövlət imtahanını götürməyin nə demək olduğunu burada təhsil alanlar və çalışanlar yaxşı bilir. Bilməyənlərin qısa nəzərinə çatdırım ki, çox ciddi uğurlardan sayılır.

Dünən təlimin ilk günü idi. Təlimin başlanğıcında hər kəs özünü təqdim edəndən sonra təlim rəhbəri söz alıb üzünü birbaşa mənə tutaraq "gənc yaşda burada oturan çox az adamlardansınız" dedi. Gülümsədim. O da üzünü digər iştirakçılara tutub bu cür uğurların arxasında gecə və gündüz yorulmadan çalışmağın dayandığını dedi. Sonra da mənə xitab edərək "hörmətlər" dedi.

Təlimdən sonra evə qayıdarkən telefonumun mənə hər gün fərqli şəkillər təklif etdiyi lövhəsində aşağıdakı şəkili gördüm. Gülümsədim ki, elə bil telefonun da qulağı var:

Deməli, şəkil 15 iyun 2018-ci il saat 01:06-da çəkilib. Şəkilin çəkilmə səbəbi isə yeni bir elmi tədqiqatımız üçün lazım olan xəstələrin bütün vacib məlumatlarını analiz edib bitirməyimdir və həmin günü şəkli də komandamızın üzvlərinə göndərmişdim ki, işləmək belə olur və mən hələ yatmamışam.

Doğrusu, Almaniyaya gələndən 3-4 saat yuxu yatıram, çünki görüləsi işlər çoxdur və səndən öndə olanlara çatmağın əsas yolu onlar yatanda sənin çalışmağındır, bu qədər bəsit...

Bilməyinizi istəyərdim ki, Almaniyada gənc yaşda qazanılan bütün uğurların həqiqətən bircə adı var. O da hər kəsin bacarmadığı həddindən çox, gecə və gündüz çalışmaq...

Almaniyanın bir fərqi də gecə və gündüz çalışana dəyər vermək və fərqləndirməkdir.

Nuran Abdullayev-Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru
Xəbəri paylaş