Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəhrəmanlıq salnaməsi



Newscenter.az.8.05.2021. İkinci Dünya müharibəsində alman faşizmi üzərində qazanılan tarixi qələbədən 76 il ötür. Bu qələbədə Azərbaycan xalqının əvəzsiz töhfəsi var. 600 mindən çox döyüşçünün iştirak etdiyi müharibədə 175 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi igid övladlarımızın cəsurluq nümunəsidir. İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə, Qafur Məmmədov, Gəray Əsədov, Ziya Bünyadov və digər Sovet İttifaqı Qəhrəmanlarımız bizim şərəf tariximizdir.

Böyük Vətən Müharibəsi iştirakçıları hər zaman xalqımızın qürur və fəxr ünvanı olmuşdur. Təəssüf ki, resblikamız müstəqillik qazandığı ilk illərdə hakimiyyətə gələn səriştəsiz AXC-Müsavat cütlüyü veteranlara diqqət və qayğını unutdu, hətta bu tarixi günu ləğv etməyə çalışdı. Ulu öndər Heydər Əliyev Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra milli iftixarımız olan müharibə veteranlarına qayğı yenidən bərpa olundu. Ümummilli liderin sərəncamı ilə mayın 9-u Qələbə Günü kimi rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməyə başlandı.
Müharibə iştirakçılarına, müharibədə həlak olanların ailələrinə göstərilən diqqət və qayğı artdı. Bu diqqət və qayğı bu gün Pezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi, müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi yüksək qayğının nümunəsidir.

İkinci Dünya müharibəsi əlilləri və iştirakçıları əmək pensiyaları ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə də təmin olunurlar.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər il mayın 9-da Böyük Vətən müharibəsi veteranları ilə görüşür, onların qayğıları ilə maraqlanır, səmimi söhbətlər edir.

76 il əvvəl tarix yazmış sərkərdələrimizin yetişən yeni nəsli – Müstəqil Azərbaycan Ordusunun cəngavərləri başqa bir faşist dövlətə - Ermənistanla müharibəyə başladı, erməni cəlladlarına qan uddurdu. Milli Qəhrəmanlarımız Mübariz İbrahimov, Raquf Orucov, Əlif Hacıyev, Yuri Kovalyov, Albert Aqarunov, Şirin Mirzəyev, Polad Həşimov və digər yüzlərlə neçə-neçə nər oğullarımız erməni faşizmiə ağır zərbə vurdu, adlarını qəhrəmanlıq salnaməmizə qızıl hərflərlə yazdırdılar.

Bu ilki 9 Mayın həm də başqa bir özəlliyi vardır. İndiyə qədər yalnız Alman faşizmi üzərində qələbəni qeyd edirdiksə, indi həm də 44 günlük Vətən Müharibəsində erməni faşizmi üzərində qazanılmış Zəfər tarixini yaşayırıq. Ermənilər mayın 8-də Şuşada qələbə günü keçirirdi, biz isə hüznlə xatırlayırdıq. Ali Baş Komandanımız İlham Əliyev 8 Mayı sevinc və qürur tarixinə çevirdi, indi Şuşa azaddır, Şuşa şəhərində, Qarabağda üçrəngli bayrağımız dalğalanır.

İkinci Qarabağ Müharibəsi xalqımıza yeni qəhrəmanlarını da tanıtdı, əsil qəhrəmanlıq dastanı yazan Xudayar Yusifzadə, Babək Samidli, Elyar Vəliyev, Elçin Tağıyev, Azər Yusifli, Mehman Yusifov, Ramiz Qasımov və digər cəsur döyüşçülərimiz erməni faşizminin başını əzdi.
Faşizmin sonu yoxdur, erməni faşizmi məhv edilib, onun ideologiyasını yayanlar da yaxın vaxtlarda tarixə qovuşacaq, sovet xalqıının qatı düşməni olan, alman

casusu Qaregin Nijdenin Xocavənd şəhərindəki büstü də yerlə-yeksan olacaq. Dəmir yumruq yerindədir, revanşistlər və ideoloqlarının da başı əziləcək.

9 May Qələbəsində əməyi olan igid döyüşçülərimiz kimi şanlı Ordumuzun Qələbə zəfərində böyük payı olan qazilərimizin və əlil hərbçilərimizin sağlamlığının bərpası və normal həyata qayıtması dövlətimizin xüsusi diqqət mərkəzindədir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan hərbçilərinə, Qarabağ müharibəsi əlillərinə, Vətən torpaqlarının faşist ermənilərdən azad edilməsi zamanı sağlamlığını itirən qazilərimizə xüsusi diqqət və qayğı ilə yanaşır.
76 ildir davam edən xoş missiya bu gün daha da güclənib, milliləşib, veteran döyüşçülərimizə və Qarabağ qazilərimizə olan sonsuz hörmətin, ehtiramın nümunəsi daimidir. Bu isə milli vətənpərvərliyimizi gücləndirir, cəmiyyətimizin hər biri üzvündə mənəvi, ideoloji cəhətdən böyük ruh yüksəkliyi yaradır, Vətən sevgisi aşılayır.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş