Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşanın Türk-İslam dünyasının mədəniyyət-turizm paytaxtı olacağı şübhəsizdir



Newscenter.az.8.05.2021. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət mərkəzi” elan olunub. Bu gün may ayının 8-i, Şuşanın işğalı günüdür. Prezidentin məhz bu gün sərəncam verməsi rəmzi məna daşıyır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. O bildirib ki, 1992-ci ildən bəri ermənilər hər il xüsusi təmtəraqla, ümumxalq bayramı kimi qeyd etdikləri bu gün tarixin arxivinə birdəfəlik atıldı:

"Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, Qəhrəman Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi. 28 illik işğal dövründə Qarabağın incisi Şuşanı xarabalığa çevirən erməni vəhşiləri, çox yaxın zamanlarda tarixi-mədəni abidələri bərpa olunmuş, ən yeni texnologiyaların tətbiq olunduğu, yüksək standartlara cavab verən dünya səviyyəli gözəl bir şəhəri görəcəklər. Hörümçək toru kimi bütün dünyaya səpələnmiş diasporanın vasitəsilə, Pənahəli xanın əsasını qoyduğu şəhəri utanmadan özününküləşdirən ermənilərə və onların himayədarlarına ən gözəl cavab məhz budur. Dünya kimin kim olduğunu əyani şəkildə görəcəkdir".

Millət vəkili qeyd edib ki, Şuşanın nəinki Azərbaycanın, eləcə də Türk-İslam dünyasının mədəniyyət-turizm paytaxtı olacağı şübhəsizdir:

"Orada yaradılacaq infrastruktur ən müxtəlif mədəni-kütləvi, eyni zamanda siyasi tədbirləri keçirmək imkanı verəcəkdir. Qarabağın hər bir guşəsi xalqımız üçün əzizdir. Ancaq hər birimizin qəlbində özünəməxsus yeri olduğunu nəzərə alan ölkə Başçısı prinsipial olaraq Şuşanın bərpasına xüsusi diqqət göstərir. Şuşanın mədəniyyət paytaxtı elan olunması, Azərbaycan xalqı tərəfindən bunun rəğbətlə qarşılanması və ölkə Başçısına edilən minnətdarlıq hissi ən gözəl göstəricidir".

Mehman
Xəbəri paylaş