Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə bağlı silsilə tədbirlərə start verilib



Newscenter.az.8.05.2021. 7 iyun dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd olunur. Ümumdünya Qida Təhlükəsizliyi Günü dünyanın diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək üçün “Qida təhlükəsizliyi hər kəsin işidir" şüarı ilə keçirilir.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyi ilə birgə silsilə maarifləndirici tədbirlərə start verib. Həyata keçirilən tədbirlər çərçivəsində "Qida təhlükəsizliyinin təmin olunması hər kəsin işidir" mövzusunda çap materialı hazırlanıb və qida zənciri boyunca fəaliyyət göstərən müxtəlif sahibkarlıq subyektlərində yerləşdirilməsinə başlanıb. Çap materialında qida təhlükəsizliyinin təmin olunmasında iştirak edən tərəflərin məsuliyyəti və üzərlərinə düşən vəzifələr diqqətə çatdırılır.

Qeyd edək ki, Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının (BMT) 2018-ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilib.

Orxan
Xəbəri paylaş