Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova yazır: "Siz, bizim qəhrəmanlıq salnaməmiz, tarixin şanlı səhifəsinin Qəhrəmanlarısınız!

Deputat Jalə Əhmədova yazır: "Siz, bizim qəhrəmanlıq salnaməmiz, tarixin şanlı səhifəsinin Qəhrəmanlarısınız!


Newscenter.az.9.05.2021. 9 May – faşizm üzərində qələbənin qeyd edildiyi bu tarix hər bir azərbaycanlı üçün əlamətdar gün sayılır. Böyük Vətən müharibəsində qəhrəmanlıqları ilə tarixə düşən Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə vuruşub. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb, Azərbaycanın 600 mindən çox igid oğul və qızı cəbhəyə yollanıb.

Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmiş Azərbaycan diviziyaları şəhər və kəndləri alman faşistərindən təmizləyib, 170 mindən çox əsgər və zabitlərimiz SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunublar.

Cəsurluq, mərdlik, misilsiz igidlik və yenilməzlik nümayiş etdirərək faşizm üzərində Qələbə çalmış veteranlarımızın qəhrəmanlıq məktəbi bugünkü nəsil üçün bir nümunə oldu və 44 günlük Vətən müharibəsində biz bunun şahidi olduq.

Əziz veteranlar! Siz, bizim qəhrəmanlıq salnaməmiz, tarixin şanlı səhifəsinin Qəhrəmanlarısınız! Sizi 9 May – Qələbə Bayramı Günü münasibəti ilə ürəkdən təbrik edir, Sizə can sağlığı arzulayıram. Qələbə bayramınız mübarək!

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş