Newscenter.az.10.05.2021. 10 may Azərbaycanın xilasının doğum günüdür. Bu, xalqın öz liderinə sədaqətini qoruyub saxladığını ifadə etdiyi tarixi məqamdır...
Dünya tarixində əlamətdar hadisələr çoxdur. Həyat inkişafdadır və bu hadisələr sırasına daha yaddaqalan neçə-neçə əlamətdar tarixi günlərin əlavə olunacağı da istisna deyil. Belə tarixi günlərin bir xeylisini Azərbaycan xalqı da qeyd edir. Amma istər əvvəlki, istərsə də sonra yaranacaq əlamətdar günlərin heç biri Azərbaycan xalqı üçün bir tarixi günü heç vaxt üstələyə bilməyəcək. Bu, mayın 10-nu, dünya azərbaycanlıların Ümummilli Lideri, Türk Dünyasının nəhəng siyasi xadimlərindən biri olan Heydər Əliyevin doğum günüdür. Çünki azərbaycanlılar üçün Heydər Əliyevə qədər əlamətdar sayılan günlərin qeyd edilməsini məhz O, gerçəkliyə çevirib. Bundan sonra yaranacaq əlamətdar günlərə, gözəl gələcəyə isə bu xalq məhz Heydər Əliyevin parçalanıb-dağılmaqdan qoruduğu və düz yola çıxartdığı Azərbaycanla, onun sevimli Prezidenti İlham Əliyevlə gedir...
Əlbəttə ki, hər il Azərbaycan xalqı 10 may adlı ən sevimli dayanacaqda ayaq saxlayıb Ümummili Lideri ehtiramla yad edəcək... Və bu həmişə belə olacaq....
Ulu öndərin "Mən mənalı həyatımın düz altmış ilini xalqımın bü günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub" sözləri bir ömrün hesabatıdır.Bu sözlər Azərbaycanın dövlətçilik tərəfinə yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin - Heydər Əliyevin nəsillərə ən müqəddəs tövsiyəsi kimi səslənir. Tarix zamanın sınaqlarında, dolaylarında yaranır. Zaman dəyişsə də tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir, ölməzdir. Nə qədər bəşəriyyət var, Azərbaycan, azərbaycançılıq var, müdrik insanları qiymətləndirənlər var, Heydər Əliyev yaşayır və yaşayacaqdır. Azərbaycan durduqca...
Doğum günün mübarək, Ulu Öndər !
Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü