Newscenter.az.10.05.2021. Bu gün Ümummilli Lider Heyder Əlirza oğlu Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur. Bütün ömrünü Azərbaycana həsr eden ümummilli liderimiz şərəfli həyat yolu keçib. Onun adı gələndə insanın qeyri ixtiyarı gözləri yol çəkir, qulağı səsdə olur. Sanki indi ekrandan yenə gülərüz simasını görüb fəxrlə söylədiyi sözləri eşidəcəksən MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM!
Amma bunlar sadəcə hisslərdir. Biz indi Ulu Öndəri sadəcə ziyarət edə bilirik.
Bu gün 10 may 2021 ci il Ulu Öndərin doğum günü münasibəti ilə Gəncə şəhər İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması mərkəzinin işçi heyyəti ilə Gəncədəki Heydər Əliyev parkında Ulu Öndərimizin abidəsi önündə onun ruhuna dualar etdik, dahi şəxsiyyəti ehtiramla andıq.
Mərkəzin sədr müavinlərindən Oruc Məmmədov və Novruz Əliyev Ulu öndərin uzaq görən siyasətindən bəhs etdilər. Keçmiş xatirələri vərəqləmək necədə gözəldir. Onları dinlədikcə uzaqlara Ulu öndərimizin sağlığındakı günlərə gedir insan. Uşaqlara aid bütün özəl günlərdə necə ürəklə iştirak edirdi. Hər kəsə xüsusi diqqət ayiran ümummilli liderimiz kaş bu günkü gündə Qarabağımızın işğaldan azad edildiyini də görə biləydi. Bu gün əvvəlki illərdən fərqlidir. Çünki bu gün artıq ziyarətinə getdiyimiz Ulu Öndərimizi salamlayarkən gözün aydın VƏTƏN OĞLU Qarabağ Azaddır deyə bildik. Gözün aydın Heydər Baba Qarabağ Bizimdir deyə bildik.
Bu gün xoşbəxt olmağımıza artıq heç nə mane ola bilməz. Çünki Sənin davamçın olan İLHAM ƏLİYEV kimi qəhrəman liderimiz, uzaq görən siyasətçi prezidentimiz var. Allah Sənə Rəhmət eləsin əziz Ulu Öndərimiz.
Starə Hacıyeva
Gəncə İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin sədri