Newscenter.az.12.05.2021. "Şuşaya gedirik. Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək. Dediyim kimi bu il may ayında "Xarıbülbül" musiqi festivalı uzun fasilədən sonra keçiriləcəkdir".
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu fikirlərini Birinci Vitse=prezident Mehriban Əliyevanın Şuşa səfəri ilə bağlı paylaşdığı videoda əksini tapıb. Dövlət başçısı qeyd edib ki, Şuşaya səfər zamanı yolüstü Xocavənd rayonunda da olublar:
"Yolüstü Azərbaycanın dilbər guşələrindən biri olan Xocavənd rayonuna gəldik və burada, təbiətin qoynunda armudu stəkanda çay içirik. Necə ki, Cıdır düzündə çay içmişik. İndi isə Xocavənddə çay içirik və bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaq. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan!".
NEWSCENTER.AZ