Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünən Şuşada olan tədbir 4500 km-dən çox olan məsafədə məni kövrəltdi



Newscenter.az.13.05.2021. Ramazan ayı bir növ dəyərlərə sadiqlik nümunəsidir. Xalq olaraq özlüyümüzdə, qanımızda və ruhumuzda həmişə dəyərlərimizə sadiq olaraq ona hörmət etmişik. Ona görə də bu bayramı könlümüzcə keçirmək xalqımızın haqqıdır.

Bu ilki Ramazan bayramı bu ilin digər bayramları kimi tam fərqlidir. Bizim bu ilki bayram namazının səsi igidlərimizin qanları bahasına aldığı torpaqlardan gəlir. Bu bir daha onu göstərir ki, biz dəyərlərimizə sadiq olduğumuz kimi ona sahib çıxmağı da bacarırıq, ehtiyac olarsa qanımız və canımızdan da keçməyə hazırıq.

Dünən Şuşada olan tədbir 4500 km-dən çox olan məsafədə məni kövrəltdisə, bilirəm ki, sizlərin hamınızı da kövrəltdi. Əminəm ki, Vətənini sevən hər bir insan eyni zamanda qürurlandı, eləcə də saatlarla şəhidlərimizi və qazilərimizi düşündü, onlara, onların ailəsinə nə qədər borclandığımızı, daha doğrusu borcumuzu ödəyə bilməyəcəyimizi bir daha dərk etdi...

Sonda bu fərqli gündə şəhid və qazi, əsgər və zabit ailələri başda olmaqla bütün Azərbaycan xalqının Ramazan bayramını təbrik edirəm! Bu bayramın ailələrinizə və ölkəmizə sağlıq, huzur, ruzi və bərəkət gətirməsini arzu edirəm! Həmişə xalq olaraq bir olmağımızı və dəyərlər ətrafında hər zaman sıx birləşməyimizi arzu edirəm!

Ramazan bayramınız mübarək!

Nuran Abdullayev-Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru
Xəbəri paylaş