İsrail ehtiyatda olan 9 min nəfəri orduya çağırır
Tarix: 14-05-2021, 00:15
Newscenter.az.14.05.2021. İsrailin müdafiə naziri Beni Qantz təhlükəsizlik vəziyyəti qiymətləndirdikdən sonra müxtəlif hərbi bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 9 min nəfərin orduya çağırılmasını təsdiq edib.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bununla bağlı ordu rəhbərliyinə müvafiq göstəriş də verilib.