Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşada keçirilən "Xarı Bülbül" festivalı ilə düşmənə verilən göz dağı



Newscenter.az.14.05.2021. Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi böyük tarixi hadisədir. Qafqazın incisi olan doğma Şuşa şəhərinin əsası 1752-ci ildə qoyulmuşdur və sevindirici haldır ki, gələn il Şuşa şəhərinin 270 illiyini məhz Şuşada qeyd edəcəyik.Tarix boyu təcavüzkar,vandal missiyasını həyata keçirən ermənilər nə qədər istəsələrdə bu günədək Şuşadan Azərbaycan ruhunu silə bilmədilər.

Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu erməniləri məğlubiyyətlə üz-üz qoyub düşməni məhv etmişdir.Uzun illər sonra qürurla söyləyə bilirik ki, digər ərazilərimiz kimi qədim və doğma Şuşa şəhəri də işğaldan azad olunub. Artıq Şuşada aparılan bərpa,quruculuq işləri Şuşanın yaxın gələcəkdə dünyanın mədəni irsinə yenidən öz töhfəsini verəcəyini göstərir.Ökə Prezidentinin tez-tez işğaldan azad olunan ərazilərimizə səfər etməsi və böyük infrastruktur lahiyələrinin təməlinin qoyulması düşmənə vurulan böyük göz dağıdır. Müqəddəs Ramazan bayramı ərəfəsində Şuşada möhtəşəm məscidin təməlinin qoyulması və məscidin 8 rəqəmi  formasında olması, 8 Noyabr-Zəfər Qələbəmizi, həmçinin  məscidin iki minarəsinin də 11 rəqəmini yəni 11-ci ayda Qarabağın işğaldan azad olunmasını təcəssüm etdirməsi bütün dünyaya qüdrətli və güclü Azərbaycan dövlətinin əbədi var olması mesajını verəcək.

Dövlət başçısının göstərişinə uyğun olaraq bərpa işlərinin yüksək səviyyədə aparılması, mənfur düşmənlərimiz tərəfindən uzun müddət qurudulmuş “Xan qızı Natavan” bulağından suyun gəlməsi-düşmən işğalının sonunun gəldiyinin bariz nümunəsidir. Uzun fasilədən sonra Şuşada  bu il birinci dəfə  keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalında  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında fikirlərini, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunmasını əks etdirən videoçarxın təqdim edilməsi, Ölkə Prezidentinin öz ata vəsiyyətinə sadiqliyinin və verdiyi sözləri əməli olaraq yerinə yetirməsinin növbəti göstəricisi idi.

Şuşada,Cıdır düzündə  1989-cu ildə keçirilən musiqi festivalının  bu il 2021-ci ildə böyük atəşfəşanlıqla yenidən öz doğma torpağımızda keçirilməsi bizim milli mədəniyyətimizi,qədim tariximizi və musiqi ruhumuzu özümüzə qaytaran əlamətdar hadisədir. Festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələrinin də çıxış etməsi təsadüfi deyil, əksinə bu  ölkəmizdəki milli həmrəyliyin nümunəsi olmuşdur. Hər gün bütün sferalarda uğurlu inkişaf yolu keçən  Azərbaycan Respublikası dünyada çoxkonfessiyalı, multikultural dəyərlərə sadiq olan nadir ölkələrdəndir ki, ölkəmizdə olan digər xalqların nümayəndələri daim firavan, sülh, birlik və harmoniya şəraitində yaşayırlar.

İlham Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş