Newscenter.az.15.05.2021. Fransa prezidenti Makronun Ermənistana açıq dəstək verməsinin tarixi və xarici siyasət motivasiyaları öz yerində, ancaq əsas səbəbi daxili siyasətdəki vəziyyətidir.
10 ay sonra, yəni 2022 ilinin aprel ayında (birinci tur 10 və ikinci tur 24) Fransada prezident seçkiləri olacaq. İyulda isə parlament seçkiləri var. Makron o seçkiləri, xüsusilə də prezident seçkilərini udmağı planlayır. Ancaq vəziyəti ürək açan deyil. Rəy sorğularına görə xalq dəstəyi hazırda ilk tur üçün 24-28 faizdir.
2017-ci ildəki seçkilərdə verdiyi vədləri yerinə gətirə bilmədi. Davamlı sari jiletli və xarici düşmanlığı kimi böyük məsələləri olan ölkə daxildə pandemiyanın da təsiri ilə sosial-iqtisadi menada çox ciddi problemlər yaşayır. Xarici siyasətdə heç bir uğuru da mövcud deyil: Ənənəvi nüfuz dairəsi Suriya və Liviyada təsiri minimuma enib. AB desən vəziyyəti Almaniyanin kölgəsində qalıb.
2020-ci ildəki bələdiyyə seçkilərində partiyası Respublika Yürüşü ciddi məğlubiyyətə uğradı. Generallar tez-tez ultimatum verirler.
Belə olan halda seçki kampaniyasıni maliyyələşdirmək və səs dəstəyi üçün Fransanın 3-cu diasporası olan ən az 400 min arasi olduğu təxmin edilən ermeni diasporasının dəstəyi kritik öneme malikdir. Üstelik Fransada 2020-dəki bələdiyyə seçkisində seçkidə iştirak cəmi 40 faiz olub. Bu da seçicini səs verməyə apara biləcək ermeni diasporasınin strateji önemini daha da artırır.
Diğer tərəfdən, Fransada mərkəzində Türk və müsəlman düşmənçiliyin oldugu xarici düşmənçilik əhval-ruhiyyəsi hər keçən gun siyasəti daha çox ağuşuna alır. Xarici düşməni irqçi partiyalar hətda prezident seçkilərində ikinci tura da qalırlar. Bu da Makronu Azərbaycan və Türkiyə düşmənçiliyi üzərindən siyasi üslub istifadəsinə yönəldir. Bu həm rəqibdən səs oğurlamaq populyar, həm də Fransanin sosial-iqtisadi problemlərinin həll etməkdən daha asan metoddur.
Ona görə də Makron Azərbaycan və Türkiyə əleyhdarlığını ən az 1 il daha fəal istifadə edəcək.
Fransa tək deyil, eyni şey bu aralar 3 secki birdən keçirəcək Almaniya üçün də keçərlidir.
Nazim Cəfərsoy-siyasi şərhçi