Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaragöl ətrafında nə və niyə baş verir?



Newscenter.az.15.05.2021. Azərbaycan ordusunun Qaragöl ətrafında 3,5 km irəliləməsinə dair mübahisələr barədə mənzərə məncə bu şəkildədir:

Deməli Azərbaycan DSX-si Ermənistan sərhədlərinin demarkasiya və demilitaziyasi prosesində gəlib çıxıb Laçına. 2 Mayda bir paylaşımla bu prosesin Laçın koridorunun dibindəki Xnatsk kəndində aparıldığını yazmışdım. Qaragöl Laçında növbəti məntəqədir. Qış dövründə hava şərtləri səbəbiylə bu proses tam aparıla bilmədiyi üçün indi dəqiqləşdirmələr edilir. Bu məqamı regionun ermeni qubernatoru da bildirib. Ancaq ənənəvi ermeni oyun pozanlıgına ordudaki komandirlər də qoşulunca Azərbaycan DSX və XTQ hərbi manevra ilə erməni qüvvələrinə mühasirə təhlükəsi yaradıblar (bunu o hərbi manevrada şəxsən iştirak edən bir hərbicimiz yazıb) və erməni ordusu məcbur qalıb razılaşmaya əməl etsin.

Gözlənildiyi kimi bu məsələ erməni mediası üzərindən ölkədə növbəti ajiotaj yaradıb. Paşinyan da bu böhranın Zəngəzurdaki demarkasiya prosesindəki kimi əleyhinə bir prosese çevrilməsinə mane olmaq və hətta əlavə nüfuz əldə etmək üçün öz marağına uyğun böhran idarəçiliyi etməye başlayıb. Bu çərçivədə Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb, mediaya Azərbaycanı ittiham edən kontrollü mesajlar verib, müdafiə və xarici işlər nazirlərini Rus həmkarlari ilə danışdirib, işin içinə KTMT və AB-ni qatmağa çalışıb. Beləcə eyni ilə muharibə dövründə olduğu kimi "lazım olan hər şeyi artıqlaması ilə edən lider" imici yaratmaga çalışır. Müharibədə nəticə hamıya məlumdur. Hətta mən Azərbaycan tərəfinin Paşinyanın prestijini qaldırmaq üçün müvəqqəti geri çəkilməsini belə istisna etmirəm. Cənubi Qafqazdaki müzakirə prosesinin kənarında qalan AB, Fransa və ABŞ da bu böhranı bir fürsət kimi istifadə etməyə başlayıblar.

Qaragöl hadisəsinin Lavrovun bölgə səfərinin nəticələri ilə birbaşa əlaqəsi məncə daha zəifdir. Qaldı ki o səfərin uğursuz olduğunu düşünmürəm, bunun səbəbini "Lavrovun səfərinin şifrələr" yazımın ikincisi hissəsində açıqlayacam.
Sərhəddə bu cür böhranlara hələ seçki dövründə və sonrasında yenə rastlayacayıq.

Nazim Cəfərsoy-siyasi şərhçi
Xəbəri paylaş