Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya sərhəddə münaqişənin alovlanmasında maraqlıdır



Newscenter.az.15.05.2021. Ermənistanla sərhədin delimitasiya prosesində baş verənlərə ABŞ dövlət katibinin köməkçisi Calina Porterin Azərbaycan qoşunlarının geri çəkilməsini gözləyirik kimi açıqlaması birbaşa iki dövlət arasında böhrana yuvarlayır. İlk növbədə bu kimi açıqlamlar Ermənistana ünvanlanmalı, ondan Qarabağdan və Qazaxın yeddi kəndindən orudusunu geri çəkilməsi tələb edilməlidir.
Göründüyü kimi ciddi şəkildə prosesə anti-Azərbaycan mövqeyindən yanaşılır. Azərbaycan diplomatiyası ABŞ-la sıx işləməlidir ki, bu kimi prosesdə Azərbaycana təzyiq edilməsin.

Rusiya birbaşa sərhəddə münaqişənin alovlanmasında maraqlıdır. Baş verənlər N. Paşinyanın seçki dönəmində onun reytinqə mənfi təsir edir və ona görə də Moskva çalışır ki, seyrçi qalsın.

ABŞ -dan verilən açıqlamaya gəldikdə isə, Vaşinqton delimitasiyanın seçkidən sonra davam etdirilməsində maraqlıdır. Çünki, ABŞ N. Paşinyanın hakimiyyətdə qalması üçün kifayət qədər dəstək verir.

Qeyd edim ki, Azərbaycanın sərhədlərini müəyyənləşdirməsi prosesində Rusiyanın ciddi şəkildə prosesə qarışmaması görünür. Bu da Ermənistanda baş tutan seçkilərdə Paşinyan qələbə çaldıqdan sonra anti-Rusiya siyasətini davam etdirəcəyinə zəmin yaradır. N. Paşinyan seçkidən sonra Rusiyanın Ermənistanı müdafiə etmədiyini, KTMT və Avrasiya İttifaqının Ermənistan üçün lazım olamadığını vurğulayacaq. Bununlda N. Paşinyan " Çıxış" siyasətini həyata keçirəcək.

Ermənistanla sərhəddə baş verənlərə baxmayaraq N. Paşinyan seçkidə qələbə qazanacaq. Bundan sonrada delimitasiya məsələsində problemlərin ortaya çıxması mümkündür.

Azərbaycan delimitasiya prosesini Ermənistanda keçirilən seçkilərdən sonraya saxlasa, Ermənistan tərəfi bu ərazilərdə möhkəmlənə bilərdi. Ona görə də Ermənistana qarşı preventiv addımlar atılıb. Ermənistanda seçkilərə bir ay qalır. Bu müddət ərzində Ermənistanda hansı proseslərin gedəcəyi naməlum olaraq qalır. Ona görə də Paşinyan qələbə çalsın, sonra delimitasiya prosesinə gedək kimi vaxt istəyəcək ki, bu da əelyhimizə işləyə bilər. Ona görə də bu istiqamətdə atılan addımlar Azərbaycanın maraqlarına cavab verir. Baş verənlərə baxmayaraq Ermənistan Zəngəzur dəhıizi ilə bağlı götürdüyü öhdəlikəri yerinə yetirəcək.

Məhəmməd Əsədullazadə-politoloq
Xəbəri paylaş