Newscenter.az.15.05.2021. Fransa Prezidenti Makron niyə erməniləri dəstəkləyir sualına cavab çox sadədir. Hazırda Fransada ən güclü milyarderlər ermənilərdir və ermənilərin burda böyük şirkətləri var. Onlar burada elə kök salıblar ki, seçkilərdən tutmuş xarici siyasətə qədər hər şeyə təsir edirlər. Bunlar içirəsində birinci yeri Qalust Qulbenkyan tutursa ikinci yeri Fransa və Avropanın kürü idxalına nəzarət edən Petrosyan markalı kürü istehsal edən erməni şirkəti tutur. Özü də bu kürü hardan çıxarılır ? Xəzər dənizdən və İrana aid hissədə. .
İran dövlətinin xaricə kürü ixracını məhz Petrosyan ailəsi həyata keçirir..
İndi daha ətraflı..
XIX əsrin əvvəlləri kürü elə də bahalı məhsul hesab edilmirdi, balığın özü daha dəyərli idi. Kürünü balıqçılar yeyirdi. Həmin dövrdə Xəzər dənizinin balıqçılıq biznesi əsasən Lazar Mailova məxsus idi.
Mailovlar əslən erməni idilər. Mailovların şirkəti “Lazar Mailov və oğlanları” adlanırdı.
Qeyd edim ki, buna qarşı mübarizə aparmaq üçün mesenat Hacı Zeynalabdin Tağıyev öz balıq vətəgələrini və kürü zavdonu açır. Mailov Hacıya söz deyə bilmirdi. Çünki Hacının onlar üzərində haqqları çox idi. Bu Mailov əslində Mailyan ailəsi Bakıya üç qardaş olaraq kasıb halda gəliblər və Hacının taxta sexində çalışıb beş il ərzində varlanıblar. Bakıda böyük biznes quran Mailyan ailəsi Hacıdan çəkinirdilər və bu gün Filarmoniya binasının tikilişi onun adına bağlı olsa da pulunu Hacı vermiş idi.
Mailyan ailəsinin Fransada işlərini 1865-ci ildən burda yaşayan Petrosyan ailəsi görürdü..Xüsusilə Fransa otellərinə və restoranlarına kürünü onlar təmin edirlər. Onlarla rəqabətə girmək üçün Hacı beş kiloluq xüsusi qabda Fransaya kürü ixrac edir və özü Fransada olanda otellərin birində bunun menyuda "Tagiyev zavodunun istehsal " yazısı ilə qablarda verilməsinin şahidi olur. Parisdə olanda Peyosyan Hacıya yaxınlaşıb 200 min qızıl pul verir ki, kürünü bura ixrac etməsin və Hacı razılaşıb pulu götürür
Bundan sonra “Petrossian Paris” və “Caviar Volga” şirkətini quran Melkom və Muşeq Petrosyan 1920-ci ildən sonra Rusiyada kürü defisiti yarandığı üçün onlar kürünü İrandan alıb Fransada satmağa başlayırlar. Parisdə Kürü Evi açırlar.
Daha sonra isə bu ermənilər SSRİ-nin Parisdəki səfirliyində çalışan rus diplomatlarından biri ilə danışıqlar aparıb Bakı kürüsünü Fransaya ixrac etməyə başlayırlar. Petrosyan ailəsi ilk dəfə olaraq Sovet İttifaqında istehsal olunan kürünü Avropaya çixardırdılar. XX əsrin 80-90-cı illərində şirkətin Parisdə, Nyu-Yorkda, Los Ancelesdə, Las Veqasda və Mayamidə mağazaları, restoranları açılır.
Bu günün özündə də Amerika və Avropanın ən gözəl yerlərində restoran biznesi olan Petrosyan ailəsi İranı kürsünün, daha doğrusu Xəzər dənizinin kürüsünü xaricə ixrac edən şirkətdir və Fransada onların ən böyük dayaqları var.
Makron indi 200 minə biznesini satan Hacının olduğu Azərbaycanı müdafiə eləsin yoxsa Fransada böyük biznesi və restoranlar şəbəkəsi olan Petrosyanın məxsus olduğunu Ermənistanı ?
Dosent Zaur Əliyev