Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda ağır yol qəzası, ölən var



Newscenter.az.16.05.2021. Bakıda yol qəzası olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 14-də saat 19 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Q.Nəhmətovun idarə etdiyi “Hyundai” və Şövkət Sofinin idarə etdiyi “Oka” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Ş.Sofin mayın 15-də ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş