Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda zəlzələ olub, xəsarət alanlar var



Newscenter.az.17.05.2021. Bu gün səhər İranın şimal-şərqində baş vermiş zəlzələdə 14 nəfər yaralanıb.

“Report” "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin bölmələrindən birinin rəhbəri Mehdi Vəlipur bildirib.

Onun sözlərinə görə, zəlzələ qurbanlarına yardım göstərmək üçün ölkənin şimal-şərqinə 11 xilasetmə qrupu göndərilib.

Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzinin son məlumatlarına görə, zəlzələnin gücü 5,3 bal olub. Zəlzələnin episentri 192 min insanın yaşadığı Bocnurd şəhərindən 50 kilometr cənub-qərbdə 10 kilometr dərinlikdə yerləşib.
Xəbəri paylaş