Newscenter.az.17.05.2021. Daim Azərbaycan xalqına qarşı nifrətini gizlətməyən ermənilər ağlasığmaz cinayətləri ilə fərqlənmişlər.
Lakin 44 günlük Vətən müharibəsindən sonra düşmənin qüruru ayaqlar altına düşdü, ermənilər bundan sonra qorxu təsiri altında yaşamağa məcbur oldular.
Şuşadan başlarına yağan fişənglər belə düşmənin qürurunu yerlə-yeksan elədi, Qarabağa dikilən gözlərdə əbədi qorxu tumu səpdi.
Bir zaman düşmənin Şuşada qurduqları çal-çağır şıdırğı rəqsləri tarixə qovuşaraq Şuşada oxunan Qarabağ şikəstəsini ermənilər Xankəndində dinləməyə məcbur oldular.
Əlbəttə düşmənin seçdiyi yol özünün-özünə qurduğu tələ idi. Bu belədə oldu indi Şuşa azadlığına qovuşmuş öz mədəni simasına geri qayıdır burada tamamilə başqa ab-hava var.
Prezident Cənab İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlər hər bir Azərbaycanlı üçün dəyərlidir ,hər bir Azərbaycanlı üçün böyük qürur hissi ilə qarşılandı.Çünki, bu vətən hamımızındır fərqi yoxdur hansı şəhər hansı kənd olsun biz bu vətəni bundan sonra daha çox sevməliyik göz bəbəyi kimi qorumalıyıq.
Amma Şuşa tamamilə fərqli bir şəhərdir.Burada mədəniyyətimiz qol-qanad açmış burada insanın ruhunu özünə cəzb edən milli ruh var, burada Xan Əmi öz muğamı ilə Şuşanın dağlarını daşını silkələmiş suyuna nur çiləmiş, burada Xan Qızı Natavan öz şerləri ilə xeyirxah əməlləri ilə dillərdə dastan olmuşdur.
İndi vətən Şuşadan başlayır .Şuşanı sevən Azərbaycanın hər şəhərini kəndini sevir.
Biz Sizə minəttdarıq Cənab Prezidentimiz Siz bizə Vətəni sevməyi öyrətdiniz !.
Bu bizim haqqımız olsada ədalətin dünyada zəfər çalmasına şübhə edənlərə Şuşadan mesaj verərək , bir daha dünyada Azərbaycan Dövlətinin gücünü hər bir Azərbaycanlının əyilməz qürurunu cəsarət və vətənə bağlılığını bəyan etdiniz .
Var olun Cənab Prezidentim !.
Anar Hüseynov
Oğuz rayon Mədəniyyət Mərkəzinin metodisti, Prezidentə və Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin sədri