Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yayda ağaclara necə qulluq edilməlidir?



Newscenter.az.17.05.2021. Yay aylarında ağaclara daha çox qulluq tələb olunur. Bəs, görəsən bu aylarda ağaclara necə qulluq etməliyik?

Newscenter.az xəbər verir ki, yeni əkilmiş ağaclara yay aylarında göstərilən aqrotexniki qulluq barədə Meşələrin İnkişafı Xidmətinin əkinçilik üzrə mütəxəssisi Gülnarə Məmmədova məlumat verib.

“Ağacların normal böyüməsi və onlardan yüksək məhsuldarlıq əldə olunması məqsədilə yay mövsümündə ağaclar həftədə iki dəfə suvarılmalıdır. Torpağın xüsusiyyətindən asılı olmayaraq, ağaca verilən su torpağı 1-1,5 metr dərinlikdə islatmalıdır. Çünki dayaz suvarma zamanı torpağın ancaq üst şum qatı islanır və ağac normal böyüyə bilmir”.

Mütəxəssisin sözlərinə görə, ağac əkilən vaxtdan inkişaf dövrünə qədər onlara baxış keçirilməli, əgər ağacın dibi boşalarsa, mütləq bərkidilməlidir. Əks halda ora hava daxil olar və ağac quruya bilər. Əgər ağacların yarpaqlarında saralma, gövdəsində quruma, zəifləmə müşahidə olunarsa, bu zaman ağacın kökünü qüvvətləndirən dərmanlardan istifadə etmək lazımdır.

Mehman
Xəbəri paylaş