Newscenter.az.18.05.2021. Mayın 17-də saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Vahidli Fuad Vüqar oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Nərimanov rayonu, Z.Bünyadov prospektində fəaliyyət göstərən dizayn studiyasında dizayner işləyən 2003-cü il təvəllüdlü Fuad Vahidli iş zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.