Belarusun müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib
Tarix: 18-05-2021, 11:11
Newscenter.az.18.05.2021. Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 18-də Azərbaycana rəsmi səfərə gəlib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvətilə həyata keçirilir.