Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər bir hada itirən Ermənistan olacaq



Newscenter.az.18.05.2021. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmiz adından Avropada NATO və Avropa İttifaqının rəhbər şəxsləri ilə yüksək səviyyəli görüşlər keçirir. Bu bir daha onu göstərir ki, nə qədər ikili standartlar və ədalətsiz yanaşmalar olsa da, dünyanın siyasi, mədəni və beyin mərkəzi olan Avropa Azərbaycanı, onun mövqeyini və regionda müəynləşdirdiyi yeni reallığı tam qəbul edir. Zəngəzurda və sərhəd ərazilərdə baş verən olayları süni şəkildə şişirdənlər başlarını qaldırıb ətrafa, dünyaya və orada baş verənlərə diqqət yetirsələr daha yaxşı olardı.

Azərbaycan Prezidentinin köməkçisinin Avropa üzrə nəhəng təşkilatların rəhbər şəxsləri ilə keçirdiyi görüşlərdə regionun taleyi ilə bağlı məsələləri müzakirə edərkən Ermənistanda nə baş verir? İqtidar və müxalifət İrəvan Moskva yolunu su yoluna çevirib hakimiyyəti ələ almaq istəyirlər. Hakimiyyət uğrunda çox gərgin və amansız mübarizə gedir. Kim bilir, bəlkə elə Ermənistandakı seçkilərin taleyi də əhəmiyyətli bir hissədə Hacıyevin keçirdiyi o görüşlərdə həll olunur! Niyə də olmasın. Onsuz da əgər bir seçkini ki, ölkə ictimaiyyəti və xalqı həll etmir, niyədə də olmasın.

Ancaq regionumuzla bağlı digər çox ciddi bir mübarizənin getdiyi də aşkardır. Bu mübarizə heç vaxt olmadığı qədər bütöv, güclü və lazımlı Azərbaycan uğrunda, onunla əməkdaşlıq üçün aparılmaqdadır. Mübarizəni aparanlar isə, Avropa, ABŞ və Rusiya da daxil olmaqla dünya gücləridir. Bütün dünya uzaqdan bu reallığı dərk etsə də, hər şeyə canlı olaraq şahidlik edən Ermənistan hələ ki, olanları olduği kimi görmür. Ya da ki, hələ görmək istəmir. Hər bir hada yenə də itirən Ermənistan olacaq və bu dəfə qatara yetişməsə, ona əbədi olaraq çatmayacaq.

Xəyal Bəşirov,
“Siyasi və hüquqi strateji araşdırmalar” mərkəzinin rəhbəri
Xəbəri paylaş