Newscenter.az.19.05.2021. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 1170 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 331 040 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 317 609 nəfər müalicə olunaraq sağalıb, 4 814 nəfər vəfat edib. 8 617 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 568, bu günə qədər isə ümumilikdə 3 414 614 test icra olunub.